SON DƏQİQƏ
» » Kəşmirdə gərginlik artır: əlavə 10 min nəfər...

Kəşmirdə gərginlik artır: əlavə 10 min nəfər...

Tarix:

23-02-2019, 20:27

/ 10 296 dəfə oxundu.
Kəşmirdə gərginlik artır: əlavə 10 min nəfər...

Hindistanın Cammu və Kəşmir ştatında hind hərbçilərinə qarşı törədilən teraktdan sonra müstəqillik tərəfdarı olan 200 nəfər saxlanılıb.

GunAz.az xəbər verir ki, bu barədə Hindistanın təhlükəsizlik qüvvələri əməkdaşları məlumat yayıb. Hindistan Daxili İşlər Nazirliyinin təlimatı ilə əlavə olaraq 10 min əsgər təyyarələrlə Srinaqar şəhərinə göndərilib.

Əyalətdə təhlükəsizlik tədbirlərindən əlavə, bu il keçiriləcək bələdiyyə seçkilərinin ədalətli və azad şəkildə baş tutması məqsədilə bölgədə əsgər sayının artırıldığı bildirilib. Rəsmi nümayəndələr bölgədəki seçkilərin boykot edilməsinə istiqamətlənmiş hər hansı kampaniyaya icazə verilməyəcəyini söyləyib.

Qeyd edək ki, ötən həftə Hindistanın Cammu və Kəşmir ştatında hərbçiləri hədəf alan terakt nəticəsində 44 hərbçi həlak olub, 20-i isə yaralanıb.

скачать dle 12.1

Şərhlər