SON DƏQİQƏ
» » Təcili yardıma ən çox bu xəstəliklərlə bağlı müraciət edilib

Təcili yardıma ən çox bu xəstəliklərlə bağlı müraciət edilib

Tarix:

20-06-2024, 16:58

/ 4 249 dəfə oxundu.
Təcili yardıma ən çox bu xəstəliklərlə bağlı müraciət edilib

Bayram günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.
GunAz.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, 15-19 iyun tarixlərində təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 325 olub. Onlardan 1 092 nəfər hospitalizasiya olunub.
Çağırışların sayı ən çox 17.06.2024-cü ildə (çağırış sayı 2 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb.
Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.скачать dle 12.1

Şərhlər