SON DƏQİQƏ
» » DƏHŞƏTLİ OLAY- Bakıda bir ailənin 6 üzvü qidadan zəhərləndi

DƏHŞƏTLİ OLAY- Bakıda bir ailənin 6 üzvü qidadan zəhərləndi

Tarix:

11-01-2024, 13:27

/ 3 735 dəfə oxundu.
DƏHŞƏTLİ OLAY- Bakıda bir ailənin 6 üzvü qidadan zəhərləndi

Bakının Xəzər rayonun Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib.

TƏBİB-dən bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub:
"Onlardan 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ