SON DƏQİQƏ
» » Masallıda bazarda yanğın: xəsarət alanlar var

Masallıda bazarda yanğın: xəsarət alanlar var

Tarix:

6-10-2023, 17:12

/ 1 904 dəfə oxundu.
Masallıda bazarda yanğın: xəsarət alanlar var

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ