SON DƏQİQƏ
» » Şəhid kapitan Hüseynli Türkayın ANIM MƏRASİMİ KEÇİRİLİB

Şəhid kapitan Hüseynli Türkayın ANIM MƏRASİMİ KEÇİRİLİB

Tarix:

4-10-2023, 21:25

/ 3 369 dəfə oxundu.
Şəhid kapitan Hüseynli Türkayın ANIM MƏRASİMİ KEÇİRİLİB

Şəhid kapitan Hüseynli Türkay Nizami oğlunun anım mərasimi keçirilib.
 Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Rayonun Polis İdarəsinin rəisi Ədalət Abbasov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Hüseynli Türkay Nizami oğlunun İkinci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri qoymuş, şəhidin ailəsinə baş sağlığı vermişlər.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı və düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Türkay Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Rayon rəhbərliyi şəhidin ailə üzvləri ilə söhbət etmiş, onun problemlərini dinləmişdir. Şəhidin valideynləri Prezident İlham Əliyevə və Mehriban xanıma şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
 Biman İSAQ


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ