SON DƏQİQƏ

Şəhidimiz ANILDI

Tarix:

29-10-2022, 13:53

/ 2 690 dəfə oxundu.
Şəhidimiz ANILDI

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Eyvazlı Məzdək Əli oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Şəhidlər Xiyabanı”nda şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov,YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov, Qaradağ Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi, polkovnik Samir Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi, polkovnik Vüqar Seyidov, Şəhidin ailə üzvləri, yaxınıları,qazilər, icra hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərasim iştirakçıları tərəfindən Eyvazlı Məzdək Əli oğlunun rayonun Lökbatan qəsəbəsindəki "Qaradağ” Sarayında təşkil olunmuş ehsan mərasiminə qatılmışlar.
Qeyd edək ki, Məzdək Əli oğlu Eyvazlı 26 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Lökbatan qəsəbəsində yerləşən 288 saylı məktəbin 1-ci sinfinə daxil olan Məzdək 2013-cü ildə həmin məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2017-ci ildə universiteti bitirmiş və Gədəbəyə hərbi xidmətə yollanmışdır.
Məzdək Eyvazlı 2018-ci ildə hərbi xidmət müddətini bitirmiş və 2019-cu ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində işləməyə başlamışdır. O, 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra elan edilən səfərbərlikdən sonra könüllü olaraq müharibəyə getmək üçün müraciət etmişdir. 21 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qaradağ rayon İdarəsi tərəfindən səfərbər olunan Məzdək bir neçə günlük hərbi təlim toplanışından sonra 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə ilk gündən yollanmış və cəsur əsgər kimi ən ağır döyüşlərdə iştirak etmişdir.
Məzdək Eyvazlı Füzuli uğrunda gedən döyüşlərdə vuruşmuş, 29 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş və Lökbatan qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Məzdək Eyvazlı ölümündən sonra "Vətən uğrunda",”Xocavəndin azad edilməsi uğrunda” və ”Füzulinin azad edilməsi uğrunda” medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!
Azad Rzazadə

Şəhidimiz ANILDI

 

Şəhidimiz ANILDI

 

Şəhidimiz ANILDI

 


скачать dle 12.1

Şərhlər