SON DƏQİQƏ
» » Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub

Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub

Tarix:

31-08-2022, 20:38

/ 2 794 dəfə oxundu.
Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub

30 avqust 2022-ci ildə Şəhid Mirzəliyev Kamal Əjdər oğlunun doğum günü münasibətlə -YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Həsrət Almasov,Qaradağ rayon Mənzil Komunal Təssərrüfat Birliyinin rəisi Namizəd İsmayılov,Qaradağ rayon Sahil Bələdiyyəsinin sədri Elmira xanım Əliyeva, Bakı Gəmiqayırma Zavodunun nəqliyyat departamentinin rəisi Namiq Vəliyev,YAP Qaradağ rayon təşkilatının aparat işçiləri, bir qrup şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə birlikdə Sahil qəsəbəsindəki şəhidin adına salınmış ev müzeyində tədbir keçirilib.

Dövlət himni səsləndirildikdən və Vətən uğrunda şəhid olan qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad etdikdən sonra, çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev II Qarabağ Vətən Müharibəsində şəhid olan Mirzəliyev Kamal Əjdər oğlunun keçdiyi döyüş və qəhrəmanlıq yolundan, onun xidmətlərindən danışaraq valideynlərinə və yaxınlarına baş sağlığı verdi. O,Qarabağın işğaldan azad edilməsi tarixini son 250 illik tariximizin ən şanlı səhifələrindən biri olduğunu, bu qələbənin qazanılmasında başda Ali Baş Komandan İlham Əliyev olmaqla hər bir əsgər və zabitin, o cümlədən də şəhid Kamal Mirzəliyevin böyük xidmətlərinin olduğunu qeyd etdi.
Daha sonra çıxış üçün söz alan millət vəkili Aydın Hüseynov 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizin əhəmiyyətindən, bu uğurun qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyevin rolundan və şəhidlərimizin qəhrəmanlığından bəhs etdi. 
Tədbirdə çıxış edən Sahil Bələdiyyəsinin sədri Elmira xanım Əliyeva Sahil qəsəbəsində olan şəhidlər haqqında kitab hazırlandığını bildirib. Sahil qəsəbəsində yaşayan, şəhid Kəlbiyev Şaiqin atası Kəlbiyev Namiq, Bakı Gəmiqayırma Zavodunun nəqliyyat departamentinin rəisi Namiq Vəliyev,Qarabağ müharibəsi qaziləri: Elnur Tağıyev, Cavid Hüseynov və başqaları çıxış edərək şəhid Kamal Mirzəliyevin keçdiyi döyüş yolundan danışdılar və onun barəsində xatirələrini paylaşdılar. Tədbirin sonunda məktəb şagirdləri şeir kompazisiyası təqdim etdilər. Yekunda şəhidin valideynləri: atası Əjdər Mirzəliyev, anası və bacıları tədbirin təşkilinə, göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına öz minnətdarlığını bildirdilər və onları ehsan süfrəsinə dəvət etdilər.
Qeyd edək ki,Vətənimizin bölünməzliyi, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Mirzəliyev Kamal Əjdər oğlu 30 avqust 1996-cı ildə Şamaxının Çarhan kəndində, zəhmətkeş ailədə anadan olmuşdur. Sonradan ailələri Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinə köçmüşdür. Kamal orada 273 saylı məktəbdə orta təhsil almışdır. Məktəbi bitirdikdən sonra Kamal Mirzəliyev 2016-cı ildə hərbi xidmətə yollanmış və Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Ordudan tərxis olunduqdan sonra Bakı Gəmiqayırma Zavodunda əmək fəaliyyətinə başlamışdır. 2020-ci il sentyabrın 27–də İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə getmiş və kəşfiyyat bölüyündə xidmət etmişdir.
O, Talış kəndi və strateji əhəmiyyətli Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralansa da, tibbi yardım aldıqdan sonra özünün qətiyyətli təkidi ilə yenidən ön cəbhəyə qayıtmışdır. Orada yaralı əsgər yoldaşlarını döyüş meydanından çıxaran zaman Mirzəliyev Kamal Əjdər oğlu düşmənin artilleriya zərbəsi nəticəsində qəhrəmancasına şəhid olmuş və Lökbatandakı "Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Müharibədə göstərdiyi rəşadətə və igidliyə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda ", "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!
 
Fəridə Qafaraqızı
Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub
Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub
Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub
Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub
Şəhid Mirzəyev Kamalın doğum günü qeyd olunub
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ