SON DƏQİQƏ

Qəhrəman ŞƏHİDİMİZ ANILIB

Tarix:

14-10-2022, 10:19

/ 3 482 dəfə oxundu.
Qəhrəman ŞƏHİDİMİZ ANILIB

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Şəhid Yunis Rafik oğlu Surxayevin anım mərasimi keçirilib.
13 oktyabr 2022-ci ildə İkinci Qarabağ -Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yunis Rafik oğlu Surxayevin anım mərasimi keçirilib. Anım mərasimi Lökbatan qəsəbəsində "Şəhidlər Xiyabanı"nda olub.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Nadir Muradov, Qaradağ rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Samir Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Vüqar Seyidov, rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri, Şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları iştirak ediblər.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərasim iştirakçıları şəhid Surxayev Yunis Rafik oğlunun məzarı önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olmuşdur. O, 2008-ci ci ildə Qobustan qəsəbəsindəki 223 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. O, 2020- ci ilin aprel ayında hərbi xidmətə çağırılmışdır.
Yunis Surxayev 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ Vətən Müharibəsi başlayanda Azərbaycan silahlı qüvvələrinin əsgəri kimi düşmənin hücumunun qarşısını almaq üçün vuruşan ordumuzun tərkibində əks-hücumla düşmənə ağır zərbələr endirməkdə olan ordumuzun igid əsgərlərindən biri kimi xusisi fərqlənmişdir.
2020-ci il oktyabrın 13-də, Suqovuşanın azad olunması istiqamətində gedən şiddətli döyüşlərin birində Yunis Surxayev ağır yaralanaraq qəhrəmancasına şəhid olmuş və Lökbatan qəsəbəsindəki "Şəhidlər Xiyabanı"nda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi Yunis Rafik oğlu Surxayev ölümündən sonra "Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Daha sonra rayonun rəhbərliyi Yunis Rafik oğlu Surxayevin Qaradağ rayonunun Qobustan qəsəbəsində ata evində olub, şəhidin ailə üzvlərinə və yaxın qohumlarına baş sağlığı veriblər.
Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.
Rəsmiyyə Heybətağaqızı
GunAz.az

 

Qəhrəman ŞƏHİDİMİZ ANILIB

 

Qəhrəman ŞƏHİDİMİZ ANILIB

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ