SON DƏQİQƏ
» » Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilb

Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilb

Tarix:

28-09-2022, 23:35

/ 3 427 dəfə oxundu.
Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirilb

28 sentyabr 2022-ci ildə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında 2- ci Qarabağ -Vətən müharibəsinin Şəhidi, Lökbatan qəsəbəsinin sakini Əliyev Rövşən İbrahim oğlunun anım mərasimi keçirildi.

Şəhidin 2-ci ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər Şəhidin qəbrini ziyarət etmiş və qəbri üzərinə tər güllər qoymuş, ruhuna dualar oxunmuş, sonra valideynləri ilə görüşərək başsağlığı vermişlər.

Qeyd edək ki, Rövşən İbrahim oğlu Əliyev 02 oktyabr 1971-ci ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuşdur. O, 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışmışdır.

Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rövşən Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli istiqamətlərində gedən şiddətli döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidmət edən bölmələrin heyətində yer almışdır.

Rövşən Əliyev 2020-ci ilin sentyabrın 28-də Füzuli rayonu ərazisində hərbi əməliyyatların gedişi zamanı xidmət etdiyi tankın düşmən tərəfindən vurulması nəticəsində şəhid olmuş və Lökbatan qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rövşən İbrahim oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Şücaətə görə” medalları ilə təltif edilmişdir. Ailəli idi, bir oğlu Türkiyədə ali məktəbdə təhsil alırdı.

Allah rəhmət eləsin!

 


 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ