SON DƏQİQƏ

Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Tarix:

Dünən, 21:05

/ 3 473 dəfə oxundu.
Bakıda yeni hava limanı bu tarixdə açılacaq

Ələt Azad İqtisadi Zonasında multimodal karqo hava limanının inşası ilə bağlı investorlarla razılaşmışıq. Bu layihənin icrasına artıq başlanılıb və 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.
GunAz.az xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədr müavini İsmayıl Manafov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hava limanı illik 500 min ton yükaşırma potensialına malikdir və rəqəm 2 milyon tona qədər artacaq.
“Əsas məqsəd investorları cəlb etmək və ixracı inkişaf etdirməkdir. Ələt İqtisadi Zonasında bu il iki fabrik açacağıq. On şirkət artıq qeydiyyatdan keçməkdədir”, – deyə İsmayıl Manafov qeyd edib.скачать dle 12.1

Şərhlər