SON DƏQİQƏ
» » Ələt Azad İqtisadi Zonasının yaradılması 10 MİNLƏRLƏ İŞ YERİ DEMƏKDİR

Ələt Azad İqtisadi Zonasının yaradılması 10 MİNLƏRLƏ İŞ YERİ DEMƏKDİR

Tarix:

3-07-2021, 20:34

/ 4 218 dəfə oxundu.
Ələt Azad İqtisadi Zonasının yaradılması 10 MİNLƏRLƏ İŞ YERİ DEMƏKDİR

Əsli Kazımova: "Ələt Azad İqtisadi Zonasının yaradılması yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təminatı üçün olduqca əhəmiyyətlidir”
"Ələt Azad İqtisadi Zonasının yaradılması yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın təminatı üçün olduqca əhəmiyyətlidir”. Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. 
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasının yaradılması  birmənalı olaraq, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına böyük tövhə verəcək: "Bizim başlıca məqsədimiz, investorları ölkəyə cəlb etməkdir. Eyni zamanda xarici  şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunmasına nail olmaqla  ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına divident qazandırmaqdır. Bu addımla biz nəinki ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həmçinin də, on minlərlə yeni iş yeri yaratmağa müvəffəq olacağıq. Bu istiqamət Cənab Prezidentin diqqətindən heç bir zaman yayınmayıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması istiqamətində olduqca mühüm addımlar atılmaqdadır. Bu gün etiraf etmək gərəkdir ki, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr  həyata keçirilib. Hətta pandemiya zamanı belə, bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatı çökmək vəziyyətində olsa da, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması buna misal ola bilər. Ona görə də, sözü gedən layihənin   icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandıracaq və ölkəmizin regionda mövqelərini daha da gücləndirməyə müvəffəq olacaq. Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olduğunu nəzərə alaraq, demək olar ki, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə  respublikamızın strateji əhəmiyyəti daha da artacaq. Dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, həm də,  ölkəmizə  yeni investisiyaların cəlb edilməsinə öz tövhəsini verəcəkdir”.
Bilman ISAQскачать dle 12.1

Şərhlər