SON DƏQİQƏ
» » Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Tarix:

13-08-2024, 16:08

/ 3 484 dəfə oxundu.
Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Avqustun 14-ü gündüz əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
GunAz.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
скачать dle 12.1

Şərhlər