SON DƏQİQƏ

Leysan, dolu, sel... - Xəbərdarlıq

Tarix:

28-06-2024, 19:30

/ 2 767 dəfə oxundu.
Leysan, dolu, sel... - Xəbərdarlıq

İyunun 29-dan iyulun 1-i axşamadək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
GunAz.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ