SON DƏQİQƏ

Qarabağdan gələn səda

Tarix:

29-12-2023, 17:43

/ 3 149 dəfə oxundu.
Qarabağdan gələn səda

GunAz.az xəbər verir ki, 28.12.2023 tarixində Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Yeni İl və Dünya azərbaycanlılarının Həmrəylik günü münasibətilə "Qarabağdan gələn səda" adlı musiqili əyləncəli tədbir keçirilib.

Tədbirə başlamazdan öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva,Çeyildağ qəsəbə klubunun direktoru şəhid Şahin Qədirovun anası Zərifə Qədirova, şəhid Çərkəz Teyyublunun atası Vidadi Teyyublu çıxış edərək Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Şəhid valideyinləri onlara qarşı göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar həmçinin tədbirin təşkilinə görə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə minnətdarlıq ifadə ediblər.Şənlikdə balacalar üçün Qar qız və şaxta babanın ifasında müxtəlif səhnəciklər göstərilib. Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında vətənpərvərlik mövzusunda və Yeni illə bağlı müxtəlif şeirlər səsləndirilib.Qızıldaş qəsəbəsində yaşayan ifaçılar Şəbnəm Babazadə və aşıq Şəhriyar Kəlbəcərlinin ifası zalda xüsusi coşqu ilə qarşılanıb. Mərkəzin Aşıq dərnəyinin üzvü olmuş Rəvan Abbasov da səhnəyə çıxaraq öz istedadını nümayiş etdirib.
Tədbirdə Qaradağ rayonunda yerləşən 9 nömrəli xüsusi internat məktəbinin şagirdləri, 180 nömrəli tam orta məktəbin şagirdləri və Qızıldaş qəsəbə sakinləri iştirak ediblər.










скачать dle 12.1

Şərhlər