SON DƏQİQƏ
» » "Mənim hüquqlarım"mövzusunda dəyirmi masa keçirilib

"Mənim hüquqlarım"mövzusunda dəyirmi masa keçirilib

Tarix:

19-06-2023, 18:03

/ 2 713 dəfə oxundu.
"Mənim hüquqlarım"mövzusunda dəyirmi masa keçirilib

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 18 may - 18 iyun tarixlərini əhatə edən "İnsan Hüquqları Aylığı" çərçivəsində "Mənim hüquqlarım"mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva, Yap Qaradağ rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Vüqar Ağayev, K.Yaqubov adına 184 nömrəli Tam Orta Məktəbin psixoloqu Məleykə Cəbrayılova, Gunaz.az saytının Baş redaktoru Bilman Allahverdiyev, Qızıldaş qəsəbə sakinləri və məktəblilər iştirak ediblər.
Hüquqların qanunlara görə tənzimlənməsi mövzusunda çıxış edən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva bildirib ki, insan hüquq və azadlıqlarının qorunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizdə fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri əsasında yüksək səviyyədə təmin edilir. Bu işdə insan hüquqları müvəkkili olan Ombudsman təsisatı xüsusi rol oynayır. Azərbaycanda İnsan hüquqları üzrə müvəkkil təsisatı isə ilk dəfə 18 İyun 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bu gün də insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin edlməkdədir.                                                                                                                 
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının rəsmisi Vüqar Ağayev də ölkəmizin insan hüququ və azadlıqlarının qorunması sahəsində əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, müasir, müstəqil Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş hüquqlarının təmini və qorunması siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O cümlədən insan hüquq və azadlıqlarının qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun əsas prioritetlərindəndir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda müstəqillik qazandığı dövrdən, daha dəqiq desək 1993-cü ilin iyunundan indiyə kimi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb.
V.Ağayev xatırladıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı bir çox sahələrdə irəliləyişlərin qeydə alınması ilə yanaşı, hüquqi dövlət qruculuğu prosesinin əsasının qoyulması ilə də nəticələnib. Bu mənada, müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmini ilə bağlı institusional addımların atılması, Konstitusiyanın qəbulu və fundamental insan azadlıqlarının təmini məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. 
Azərbaycanın BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan "İnsan hüquqları haqqında” Ümumi Bəyannaməsini dəstəklədiyini xatırladan V.Ağayev ölkəmizin bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini də qeyd edib. Bildirib ki, Azərbaycan 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, hətta bütün dünyada insan hüquqlarının qorunmasına öz töhfəsini verir.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi olaraq Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.                                                                                                   
V.Ağayev, həmçinin hər bir vətəndaşın qanuna istinadən bilməli olduğu hüquqların əhəmiyyətindən danışıb. O, insan hüquqlarının təbliğində Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətun əhəmiyyətini də qeyd edib.
Tədbirdə çıxış edən 184 nömrəli məktəbin psixoloqu Məleykə Cəbrayılova isə çıxışı zamanı Uşaq hüquqlarının qorunmasına diqqət çəkib. O, qeyd edib ki, uşaq hüquqları yalnız uşağın valideynləri tərəfindən deyil, eyni zamanda məktəblərdə də tədris olunmalıdır.
Tədbir Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi tərəfindən "İnsan Hüquqları Aylığı" çərçivəsində hazırlanmış video çarxla davam edib.
Günel ƏHMƏDQIZI

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ