SON DƏQİQƏ
» » Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

Tarix:

14-02-2022, 16:51

/ 2 425 dəfə oxundu.
Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

Bu gün Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentlyinin maliyə dəstəyi ilə keçirdiyi "İnsan alverinə qarşı mübarizədə vətəndaş həmrəyliyinin artırılması” layihəsi çərçivəsində növbəti tədbir Şirvan şəhərində keçirilib.

GunAz.az xəbər verir ki, jurnalistlərin, sosioloqların və ictimai fəalların iştirak etdiyi "İnsan alverinə qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı dəyirmi masada çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Adəm Hüseyni insan alverinə qarşı mübarizədən danışıb. Natiq qeyd edib ki, bu sahədə maarifləndirməyə və belə hallarla mübarizəyə böyük ehtiyac var. ŞİH nümayəndəsi bildirib ki, insan alveri dünyanın ən böyük problemlərindən biridir və bu problemin həllində həm dövlət, həm cəmiyyət, həm də ictimai təşkilatlar və media birgə və fəal işləməlidir.

Sonra çıxış edən layihənin rəhbəri, HDİM sədri İlham Əliyev bildirib ki, insan alveri ilə mübqrizədə son dövrlərdə xeyli tədbirlər həyata keçirilsə də problem öz aktuallığını saxlayır: "Dövlətimiz insan hüquq və azadlıqları sahəsində ardıcıl tədbirlər görüb, qanunlar qəbul edib, islahatlar aparsa da bu sahədə ağrılı problemlər hələ də qalmaqdadır. Xüsusilə də, insan hüquq və azadlıqları üçün qara ləkə olan insan alveri cinayətlərinin mövcudluğu ağrılı problemlərdən hesab olunur. Hazırki dövrdə bu sahədə dünyada münbit şəraitin yaranması  cinayətkar qrupların diqqətini cəlb edib və bu da Azərbaycan ailə dəyərlərinə, ənənələrinə ziddi olan insan alverinin daha da aktuallaşması ilə nəticələnib. Bu səbəbdən də təşkilatımız bu sahədə əlindən gələni etməyə çalışır ki, bu problemin həlinə öz töhfəmizi verə bilək”.

Şəhər Gənclər Evinin direktoru Əfqan Həsənov insan alveri ilə bağlı faktların əsasən gənclərə çatdırılmasının, onların bu cinayətkar şəbəkənin tələsinə düşməməsi üçün kifayət qədər məlumatlı olmasının bu hallarla mübarizədə əsas rol oynadığını deyib. Qeyd edib ki, belə hallarla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat verilməsi bu cür cinayətkarların vaxtında aşkar edilməsini təmin edər və başqalarına zərər verməsininn qarşısı alınmış olar.

Milli Məclisin deputatı İltizam Yusifovun səlahiyyətli nümayəndəsi Taleh Məmmədov isə bildirib ki, belə hallarla ən çox xaricə iş, təhsil üçün gedən gənclər qarşılaşır. Onun sözlərinə görə, xarici ölkələrə gedən gənclər xüsusilə ehtiyatlı olmalı, etibarlı olmayan yerlərə, şəxslərə inanmamalı, pul qazanmaq üçün qanunaziddi fəaliyyətlə məşğul olmamalıdırlar.

Tədbir iştirakçıları olan gənclərdən Sahil Məmmədov, Ələkbər Nəzərov, Nuray Əliyeva və digərlər çıxış ediblər. Qeyd ediblər ki, insan alveri ən böyük cinayətlərdən biridir və bu problemin qarşısını almaq üçün bütün imkanlardan istifadə edilməlidir.

Çıxışçılar ictimai təşkilatların və medianın maarifləndirmə işində xüsusi rolunu qeyd ediblər və vurğulayıblar ki, bu işdə onlara dövlətin və cəmiyyətin dəstək verməsi problemin aradan qaldırılmasında çox böyük roy oynayır.

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, dünya ölkələrinin bu sahədəki təcrübəsindən danışılıb və Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd olunub.

Xüsusən, çıxış edən gənclər bu sahədə üzərlərinə düşən hər şeyi etməyə hazır olduqlarını, bu işdə bütün imkanlarından istifadə etməyin vacib olduğunu vurğulayıblar.

Tədbirdə gənclərin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb, onlara bu sahədəki faktlar və statistika çatdırılıb.

Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib
Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib
Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib
Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib
Şirvanda insan alverinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ