SON DƏQİQƏ
» » Qızıldaş qəsəbəsində 15 İyun Qurtuluş Günü münasibətilə konsert keçirilib

Qızıldaş qəsəbəsində 15 İyun Qurtuluş Günü münasibətilə konsert keçirilib

Tarix:

14-06-2023, 13:07

/ 2 835 dəfə oxundu.
Qızıldaş qəsəbəsində 15 İyun Qurtuluş Günü münasibətilə konsert keçirilib

GunAz.az xəbər verir ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 15 İyun Qurtuluş Günü münasibətilə konsert keçirilib. Əvvəlcə tədbirdə Azərbaycan Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Leyla Əsədullayeva tədbiri giriş sözü ilə açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən çətin günlərində məhz xalqın təkidi ilə hakimiyyətə gəlməsindən və müstəqilliyimizin qorunub saxlanılması naminə gördüyü işlərdən danışıb. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində qurulan müstəqil Azərbaycan bu gün daha böyük uğurlar qazanıb. Bu gün prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız ən böyük uğur tarixi torpağımız olan Qarabağın işğaldan azad olunması və üçrəngli bayrağımızın Şuşada dalğalanmasıdır.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbə nümayəndəliyinin rəhbəri Hüseyn Axundov, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii-qiraət dərnəyinin rəhbəri Yadigar Musayev və başqa qonaqlar iştirak ediblər.
Konsert proqramı Qaradağ ərazisində yaşayan gənc musiqiçilərin və Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzinin "Fidan” rəqs qrupunun çıxışları ilə davam edib.
Günel Əhmədqızı

 

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ