SON DƏQİQƏ

Qızıldaşda bayram konserti

Tarix:

24-06-2023, 18:13

/ 2 939 dəfə oxundu.
Qızıldaşda bayram konserti

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində  26 iyun Azərbaycan Respunlikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş konsert keçirilib. 

Konsert Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Giriş sözü olaraq Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Leyla Əsədullayeva çıxış etdi. Çıxışda qeyd olundu ki, tariximizə qızıl hərflərlə yazılmış 26 iyun Silahlı Qüvvələri Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. O, həmçinin çıxışında bu əlamətdar günün ilk dəfə 1998-ci ildə məhz Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bayram günü kimi qeyd olunduğunu diqqətə çatdırdı. Sonra isə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii qiraət və poeziya dərnəyinin rəhbəri Yadigar Musayev vətənpərvərliklə bağlı tədbirlərin gənclər üçün əhəmiyyətindən danışaraq,gənc nəslin milli ruhda tərbiyyə olunmasında əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin bu gün də uğurla davam etdirildiyini qeyd etdi. Konsertdə Yap Qaradağ rayon təşkilatının nümayəndələri, Qaradağ rayon İcra Hakimiyyətinin qəsəbə nümayəndəliklərinin əməkdaşları və Qızıldaş qəsəbə sakinləri iştirak etmişdir. Konsertdə Hərbi orkestrin solisti və sevilən müğənni Anar İlhamlı, Qızıldaş qəsəbəsində yaşayan saz ifaçısı Şəhriyar Kəlbəcərli, Rəvan Abbasov, gənc ifaçı Camal Xudaşov, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin Fidan rəqs qrupu, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin bədii qiraət və poeziya dərnəyinin üzvləri çıxış etmişdirlər.








скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ