SON DƏQİQƏ

Sürət qatarında yenidən problem yarandı

Tarix:

25-12-2023, 20:43

/ 3 415 dəfə oxundu.
Sürət qatarında yenidən problem yarandı

Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

Hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı Report-a təsdiq edib.
Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.
скачать dle 12.1

Şərhlər