SON DƏQİQƏ
» » Sumqayıtın bir hissəsi işıqsız qaldı - Səbəb

Sumqayıtın bir hissəsi işıqsız qaldı - Səbəb

Tarix:

15-08-2023, 15:00

/ 1 546 dəfə oxundu.
Sumqayıtın bir hissəsi işıqsız qaldı - Səbəb

Sumqayıtda transformatorda baş vermiş yanğın nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında ərazini elektrik enerjisi ilə təmin edən transformatorda yanğın baş verib. Nəticədə mikrorayon ərazisində elektrik enerjisinin verilişi kəsilib və xeyli sayda ev işıqsız qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Amma evlərə və mənzillərə elektrik enerjisinin verilişi tam bərpa olunmayıb.

Azərişıq ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsindən bildirilib ki, hazırda qeyd olunan ərazidə təmir-bərpa işləri aparılır:

"Qısa zaman ərzində ərazidəki evlər və mənzillər elektrik enerjisi ilə tam təmin ediləcək".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ