SON DƏQİQƏ
» » Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Tarix:

18-09-2023, 16:34

/ 1 553 dəfə oxundu.
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi

Xudatda bələdiyyə sədrləri və sahibkar inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin, eləcə də Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri birgə tədbirlər zamanı rayonun müxtəlif ərazilərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduqlarına görə 4 bələdiyyə sədri, eləcə də 1 obyekt sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ