SON DƏQİQƏ
» » Səhiyyə Nazirliyi Binəli Yıldırımın və Ayrımın son durumlarını açıqladı

Səhiyyə Nazirliyi Binəli Yıldırımın və Ayrımın son durumlarını açıqladı

Tarix:

21-10-2022, 09:51

/ 2 724 dəfə oxundu.
Səhiyyə Nazirliyi Binəli Yıldırımın və Ayrımın son durumlarını açıqladı

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı gözlənilir.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Şamil Ayrımın olduğu avtomobil ötən gün Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ