SON DƏQİQƏ

Türkiyə nazirlər Şuşaya gedəcək

Tarix:

14-06-2022, 13:07

/ 1 228 dəfə oxundu.
Türkiyə nazirlər Şuşaya gedəcək

Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Azərbaycana səfərə gəlir.

O, sabah - iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Ondan başqa tədbirə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahid Kirişçi, mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibi İsmayıl Böyükataman da qatılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ