SON DƏQİQƏ

Unikal poçt markaları hərraca çıxarılacaq

Tarix:

24-05-2024, 08:28

/ 1 966 dəfə oxundu.
Unikal poçt markaları hərraca çıxarılacaq

Amerikalı maliyyəçi Bill Qross 15-20 milyon dollar dəyərində qiymətləndirilən unikal poçt markaları kolleksiyasını satacaq.
GunAz.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qross ABŞ hökuməti tərəfindən indiyədək buraxılmış hər markanın yer aldığı kolleksiyaya sahibdir. Onlardan bəzilərinin dəyəri 1 milyon dollardan çoxdur.
Qrossun bütün Amerika markalarını toplamağı bacaran yeganə filatelist olduğu hesab edilir. O, hətta 1868-ci ildə buraxılmış dünyanın ən bahalı markasına da sahib olub. Dünyada cəmi iki belə nüsxə var, ikincisi Nyu-York Xalq Kitabxanasında saxlanılır.
Ümumi markalar 14 və 15 iyunda hərracda satılacaq.
скачать dle 12.1

Şərhlər