SON DƏQİQƏ
» » ABŞ Çinə mikroçip avadanlıqlarının tədarükünü azaltdı

ABŞ Çinə mikroçip avadanlıqlarının tədarükünü azaltdı

Tarix:

8-04-2024, 09:36

/ 1 845 dəfə oxundu.
ABŞ Çinə mikroçip avadanlıqlarının tədarükünü azaltdı

Son bir neçə ildə ABŞ-dan Çinə mikroçiplərin yaradılması üçün avadanlıqların tədarükü 2,3 dəfə azalıb. Baxmayaraq ki, bundan əvvəl ixrac rekord səviyyədə olub.

GunAz.az xəbər verir ki, bu barədə Amerika Statistika Xidməti məlumat yayıb.

Qeyd edək ki, amerikalı sahibkarlar 2006-cı ilin sonundan Çinə belə avadanlıqlar satmağa başlayıblar. 2021-ci ildə ixracın həcmi ən yüksək zirvəyə çatıb. Belə ki, mikroçip üçün avadanlıqların satışları 777 milyon dollar təşkil edib. Satışda ilk azalma 2022-ci ilin noyabrına təsadüf edib. ABŞ-nin Çinə tətbiq etdiyi məhdudiyyətlərdən sonra ümumi satış cəmi 246 milyon dollar həcmində olub.

2023-cü ilin oktyabrında alqı-satqı əməliyyatları artsa da, fevral ayında yenidən azalma müşahidə edilib. Artıq ABŞ-ın ixracı ay ərzində 2,3 dəfə azalıb – 226 milyon dollar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ