SON DƏQİQƏ

Dünyanın ən bahalı evi niyə satılmadı?

Tarix:

19-01-2022, 08:19

/ 2 301 dəfə oxundu.
Dünyanın ən bahalı evi niyə satılmadı?

İtaliyanın paytaxtı Romada XVI əsrdə inşa edilən və 471 milyon avro dəyərində hərraca çıxarılan "Villa Aurora” satılmayıb.

 Villa aprel ayında 20 % endirimlə yenidən hərraca çıxarılacaq.

Məlumata görə, italyan ailəyə məxsus "Villa Auora” ölkədə "əsrin hərracı" adlandırılan hərracla satışa çıxarılıb.

Onlayn hərracda "Villa Auora”nın minimum açılış qiyməti 353 milyon avro olaraq müəyyən edilib. Bununla belə, 471 milyon avro dəyərində və 353 milyon avro qiymətlə başlayan hərrac üçün bu günə qədər heç bir təklif verilmədiyi açıqlanıb.

Aprelin 7-də villanın açılış qiymətinin 20 faiz aşağı salınacağı və 282 milyon 600 min avroya satışa çıxarılacağı bildirilir.

Bildirilir ki, "Villa Aurora”nın satışı tamamlanarsa, bu, dünyanın ən bahalı evlərindən biri olacaq. İtaliya mətbuatının məlumatına görə, villaya iddialı olanlar arasında Bill Qeyts və Bruney sultanı da var.

İtaliya tarixi və mədəniyyətinin mühüm irsinin əcnəbilərə satılması ehtimalı da ölkədə reaksiya doğurub.

Villanın satışına qarşı çıxan bəzi italyanlar sosial media platformalarında "SOS. Mədəniyyəti satılır" başlıqlı petisiya başladıblar. Satışa qarşı çıxanlar villanın Mədəniyyət Nazirliyi tərəfindən alınmasını istəyirlər. Lakin nazirlik villanı almaq üçün illik büdcəsinin təxminən dörddə birini satışa ayırmalıdır

скачать dle 12.1

Şərhlər