SON DƏQİQƏ

Daha bir ulduz “Real”dan ayrıldı

Tarix:

30-05-2022, 22:48

/ 1 444 dəfə oxundu.
Daha bir ulduz “Real”dan ayrıldı

İsko Alarkon "Real”dan ayrılıb.

GunAz.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu barədə İnstaqram hesabında paylaşıb.

 

"Doqquz il sonra "Real”dan ayrılıram. "Real” mənə uşaqlıqda qurduğum bütün arzuları həyata keçirməyə imkan verən klubdur. Təsəvvür etdiyimdən daha çox titul qazanmaq arzusunu yerinə yetirməklə yanaşı, o mənə ən böyük klublarla oynamaq, heyrətamiz insanlarla tanış olmaq şansı yaratdı. Mən çox yaxşı vaxt keçirdim və heç kim bu xatirələri məndən ala bilməz! Çünki bütün yaxşı şeyləri mütləq xatırlayacağam. Komanda yoldaşlarıma, məşqçilərimə, məşqçi heyətinə, klubun işçilərinə və dəstəyə görə bütün azarkeşlərə təşəkkür etmək istəyirəm”, – İsko yazıb.


скачать dle 12.1

Şərhlər