SON DƏQİQƏ
» » Zidan "Real Madrid"dən niyə ayrıldığını AÇIQLADI

Zidan "Real Madrid"dən niyə ayrıldığını AÇIQLADI

Tarix:

31-05-2021, 15:51

/ 1 536 dəfə oxundu.
Zidan "Real Madrid"dən niyə ayrıldığını AÇIQLADI

Zinəddin Zidan İspaniyanın "Real Madrid” komandasının baş məşqçi postundan ayrılmasının səbəbini açıqlayıb.

GunAz.az AS nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bu barədə paytaxt təmsilçisinin azarkeşlərinə ünvanladığı açıq məktubunda bildirib.

 

Fransalı baş məşqçi klub rəhbərliyinin inamsızlığı və dəstəyi olmadığı üçün istefa verdiyini yazıb.

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid”ə 2019-cu ildən çalışdırırdı. O, daha əvvəl – 2016 – 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub. Klub təcrübəli mütəxəssisin rəhbərliyi altında 3 dəfə Çempionlar Liqasını və 2 dəfə La Liqanı qazanıb. Komanda 2020/2021 mövsümünü isə gümüş medalla başa vurub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ