SON DƏQİQƏ

Mahir Emrelinin klubuna daha bir zərbə

Tarix:

29-01-2022, 16:39

/ 1 552 dəfə oxundu.
Mahir Emrelinin klubuna daha bir zərbə

UEFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sını cəzalandırıb. 

Buna  Varşava təmsilçisinin azarkeşlərinin evdə Rusiyanın "Spartak" (Moskva) klubuna (0:1) qarşı keçirilmiş Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda açdığı banner səbəb olub. 

 

Nəticədə Avropa futbol qurumu "Legiya"nı 17 500 avro məbləğində cərimələyib.

скачать dle 12.1

Şərhlər