SON DƏQİQƏ

Mahir Emreli "Legiya"nı tərk edəcək?

Tarix:

29-12-2021, 20:24

/ 4 245 dəfə oxundu.
Mahir Emreli "Legiya"nı tərk edəcək?

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sından ayrılmayacaq.

Bu barədə Varşava təmsilçisinin yeni idman direktoru Yatsek Zelinski TVPSPORT-a açıqlama verib.

 

Klub rəsmisinin sözlərinə görə, 24 yaşlı hücumçu ilə yanaşı, müdafiəçi Mateuş Veteska və Bartoş Sliş də "Legiya"da qalacaq: "Deyəsən, əsas komandadan heç kim getməyəcək. Bu günə olan vəziyyət belədir".

Qeyd edək ki, cari mövsümün əvvəlində "Legiya" ilə 3+1 illik müqavilə imzalamış Mahir Emrelinin azarkeşlərlə bağlı insedentdən sonra paytaxt klubunu tərk edəcəyi iddia olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ