SON DƏQİQƏ

UEFA reytinqində SON VƏZİYYƏT: Azərbaycan...

Tarix:

28-05-2018, 13:29

/ 10 318 dəfə oxundu.
UEFA reytinqində SON VƏZİYYƏT: Azərbaycan...

"Real”la "Liverpul” komandaları arasında keçirilmiş Çempionlar Liqasının final matçından sonra UEFA reytinqinin yekun siyahısı bəlli olub.

Gunaz.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, finalda "Liverpul” komandasına 3:1 hesabı ilə qalib qələn "Real” İspaniyanın xal hesabını 106.712 çatdıraraq siyahıya başçılıq edir. İngiltərə ikinci, İtaliya üçüncü, Almaniya dördüncü, Fransa isə ilk "beşlik”də qərarlaşıblar.

Azərbaycan isə son 5 ilin nəticələrinə görə 23-cü yerdədir. Klublarımız bu müddətdə 19,125 xal toplayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ