SON DƏQİQƏ
» » İran ordusu ABŞ-ın hərbi gəmilərini atəşə tutub

İran ordusu ABŞ-ın hərbi gəmilərini atəşə tutub

Tarix:

Bu gün, 16:33

/ 3 249 dəfə oxundu.
İran ordusu ABŞ-ın hərbi gəmilərini atəşə tutub

İran Oman dənizində ABŞ hərbi gəmilərinə raket və dron hücumu edib.
GunAz.az xəbər verir ki, bu barədə İran ordusu bəyanat yayıb.
Qeyd edilib ki, “Qədir” tipli raket və yeni növ dronlar xəbərdarlıq məqsədilə ABŞ-ın Oman dənizindəki “DDG-103” və “DDG-87” adlı esminesləri istiqamətində buraxılıb.
Bildirilib ki, bundan sonra həmin esmineslər Hind okeanına doğru çəkilib.
Bundan başqa, ABŞ-a məxsus helikopterdaşıyan amfibiya tipli “Tripoli” gəmisi də Oman dənizini tərk edib.
İran ordusu ABŞ-ın “dəniz quldurluğuna” davam edəcəyi təqdirdə, gələcəkdə daha uzunmənzilli raketlərdən istifadə olunacağı ilə bağlı xəbərdarlıq edib.
скачать dle 12.1

Şərhlər