SON DƏQİQƏ
» » Çempionlar Liqasının finalına bilet satışı başladı

Çempionlar Liqasının finalına bilet satışı başladı

Tarix:

2-05-2018, 17:48

/ 10 432 dəfə oxundu.
Çempionlar Liqasının finalına bilet satışı başladı

UEFA Çempionlar Liqasının finalında çıxış edəcək klublara verəcəyi biletlərin sayını açıqlayıb.

Gunaz.az xəbər verir ki, ali qurum finalçı klubların hər birinə 17 000 bilet təqdim edəcək.

UEFA Ukraynanın paytaxtı Kiyevdəki 63 min tamaşaçı tutumuna malik "Olimpiyski" stadionunda keçiriləcək həlledici qarşılaşma üçün 40 min 700 bilet satmağı planlaşdırır. Digər yerlər isə mətbuat nümayəndələrinə, sponsorlara və UEFA-ya üzv olan milli assosiasiyalara ayrılacaq.

Artıq turnirin ilk finalçısı "Real Madrid”ə bu gündən bilet satışına başlamaq üçün icazə verilib. "Roma" ilə "Liverpul" cütlüyündə qalib müəyyən olunmadığı üçün digər finalçının biletləri bu gün keçiriləcək qarşılaşmadan sonra təqdim ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 26-da keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ