SON DƏQİQƏ

7 il sonra Şimali Koreyaya səfər edəcək

Tarix:

Bu gün, 09:25

/ 3 249 dəfə oxundu.
7 il sonra Şimali Koreyaya səfər edəcək

Çin Sədri Si Cinpin gələn həftə Şimali Koreyaya rəsmi səfər edəcək. Bu, onun son yeddi ildə Pxenyana ilk səfəri olacaq.
GunAz.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamenti məlumat yayıb.
Bildirilib ki, Si Cinpin Şimali Koreya lideri Kim Çen Inın dəvəti ilə iyunun 8-9-da ölkədə səfərdə olacaq.
Səfər çərçivəsində Si Cinpin və Kim Çen In arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə görüşlərin keçirilməsi gözlənilir. Tərəflərin ikitərəfli münasibətlər, regional təhlükəsizlik və beynəlxalq gündəmdəki məsələləri müzakirə edəcəyi bildirilir.
Si Cinpin sonuncu dəfə 2019-cu ildə, COVID-19 pandemiyasından əvvəl Şimali Koreyaya səfər etmişdi.
Şimali Koreya lideri Kim Çen In isə sonuncu dəfə 2025-ci ilin sentyabrında Çinə səfər edib. O, İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Pekində keçirilən hərbi paradda iştirak edib və burada bir sıra xarici liderlərlə görüşlər keçirib.
скачать dle 12.1

Şərhlər