SON DƏQİQƏ

Dunyan;n gözü KİYEVDƏ

Tarix:

26-05-2018, 08:05

/ 10 369 dəfə oxundu.
Dunyan;n gözü  KİYEVDƏ

Çempionlar Liqasında 2017/18 mövsümünün qalibi bu gün bəlli olacaq.

Gunaz.az xəbər verir ki, Kiyevdəki "Olimpiya" stadionunda baş tutacaq final qarşılaşmasında “Real”la “Liverpul” üz-üzə gələcək.

Turnirin 12 qat qalibi olan “Kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədisə, ÇL-in beşqat qalibi “Liverpul” möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir.

Rəqibindən fərqli, “Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək.

UEFA Çempionlar Liqası. Final

26 may

22:45. “Real” (İspaniya) – “Liverpul” (İngiltərə)

Baş hakim: Milorad Maziç (Serbiya)

Kiyev, Olimpiya stadionu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ