SON DƏQİQƏ
» » Evində it-pişik saxlayanların nəzərinə: Qanun nə deyir?

Evində it-pişik saxlayanların nəzərinə: Qanun nə deyir?

Tarix:

Bu gün, 12:15

/ 3 249 dəfə oxundu.
Evində it-pişik saxlayanların nəzərinə: Qanun nə deyir?

Azərbaycanda çoxmənzilli binalarda və yaşayış məntəqələrində ev heyvanlarının saxlanılması ilə bağlı hüquqi tələblər və qadağalar yenidən gündəmə gəlib.
GunAz.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qonşuların rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə hər bir mənzildə saxlanıla biləcək heyvanların sayına ciddi məhdudiyyət qoyulub.
Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması qaydaları"nda qeyd olunur ki, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərti ilə bir it və iki pişik saxlamağa icazə verilir.
Qeyd olunur ki, baytarlıq və dövlət sanitariya nəzarəti orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaqlar üçün sosial xidmət müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.
Bundan başqa, şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.
Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.
İri cins itlərin (senbernar, çoban iti, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.
скачать dle 12.1

Şərhlər