SON DƏQİQƏ

İtkin düşən pişik 11 il sonra geri döndü

Tarix:

30-11-2023, 08:28

/ 1 481 dəfə oxundu.
İtkin düşən pişik 11 il sonra geri döndü

İngiltərədə itkin düşən pişik 11 il sonra ailəsinə qayıdıb. Heyvanın sahibləri onunla yenidən birləşməyi Milad hədiyyəsi adlandırıblar.

“Tobi” adlı pişik 2012-ci ildə Allan ailəsi yeni evə köçəndə yoxa çıxıb. Bundan sonra, bir qadın onu sahibinin evindən bir neçə kilometr aralıda tapana qədər ev heyvanının taleyi haqqında heç nə məlum olmayıb.
O, Tobini heyvanların müdafiəsi təşkilatına təhvil verib. Orada pişiyə baxış keçirilib və onun bədənində sahiblərinin məlumatları olan mikroçip tapıblar. Bundan sonra könüllülər pişiyin sahibi Castini çağırıb ona şad xəbəri çatdırıblar.
Qadın bildirib ki, Tobinin qayıtmasına ən çox onun kiçik oğlu Çarli sevinir.
“O pişik Çarlinin idi. Oğlumun səkkiz yaşı olanda o, bizdən pişik istədi, biz “Tobi”ni ona 12 yaşına çatanda verdik”, - deyə britaniyalı qadın şərh edib.
Castin əlavə edib ki, hazırda onların evində bir it yaşayır, lakin o, ev heyvanlarının dostlaşacağına ümid edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ