SON DƏQİQƏ

Döyülən ana oğlunu əfv etdi

Tarix:

Bu gün, 16:39

/ 3 242 dəfə oxundu.
Döyülən ana  oğlunu əfv etdi

Bakıda 36 yaşlı kişi ailə münaqişəsi zəminində anasını döyüb.
GunAz.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Səbail rayonunda baş verib. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rəşad alkoqol sərxoşluğu vəziyyətdə birlikdə yaşadığı anası Arzu (adlar şərtidir – red.) ilə mübahisə edib. O, yumruqla vuraraq anasına müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Faktla bağlı Rəşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə məlum olub ki, ana və oğul arasında barışıq əldə edib. Bu səbəbdən də qadın oğlunu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. 
скачать dle 12.1

Şərhlər