SON DƏQİQƏ

"Qarabağ" "Şah"ı kimlə əvəz edəcək?

Tarix:

29-07-2023, 08:41

/ 2 100 dəfə oxundu.
"Qarabağ" "Şah"ı kimlə əvəz edəcək?

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.

Ağdam təmsilçisinin əsas qolkiperi Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.

"Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçollzla maraqlanır.

Qeyd edək ki, "Uiqan" klubunun yetirməsi olan 30 yaşlı Niçollzun "Haddersfild"lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ