SON DƏQİQƏ
» » “Qarabağ” üçün təhlükəli durum - İki əsas oyunçu sıradan çıxdı

“Qarabağ” üçün təhlükəli durum - İki əsas oyunçu sıradan çıxdı

Tarix:

27-07-2023, 12:04

/ 2 630 dəfə oxundu.
“Qarabağ” üçün təhlükəli durum - İki əsas oyunçu sıradan çıxdı

Ötən gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Rakuv”a 2:3 hesabı ilə uduzan “Qarabağ” çətin vəziyyətlə üzləşib.

GunAz.az[b][/b] xəbər verir ki, Ağdam klubunun iki əsas cinah müdafiəçisi zədələnib. Qarşılaşmadan öncə monteneqrolu sağ cinah müdafiəçi Marko Veşoviç sıradan çıxmışdısa, matçın gedişində sol cinahda oynayan Elvin Cəfərquliyev də zədə aldı. Hər iki futbolçunun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı görünür.
Sol cinahda Toral Bayramov Cəfərquliyevin əvəzinə oynaya biləcək. Sağ cinahda isə uzun müddət yaşıl meydanlardan uzaq qalan təcrübəli kapitan Maksim Medvedev meydana çıxmalı olacaq. Hər iki futbolçunun oyun təcrübəsindən əziyyət çəkdiyini nəzərə alsaq, “Qarabağ”a evdəki matçda heç də asan olmayacağı görünür.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ