SON DƏQİQƏ

Qrabağın rəqibində sürpriz OYUNÇU

Tarix:

28-09-2022, 21:14

/ 2 627 dəfə oxundu.
Qrabağın rəqibində sürpriz OYUNÇU

Yunanıstanın "Olimpiakos" klubu "Qarabağ"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan öncə yeni qapıçı transfer edə bilər.

GunAz.az-ın yerli mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın əsas qolkiperi Tomaş Vatsliklin zədələnməsidir. O, Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında sağ çiynindən xəsarət alıb.

Təcrübəli qapıçı uzun müddət yaşıl meydanlardan kənarda qalarsa, Pirey təmsilçisi PAOK-un keçmiş çərçivə qoruyucusu Aleksandros Pasxalakisi heyətinə qatacaq.

Cənubi Koreya yığmasının heyətində zədələnən "Olimpiakos"un hücumçusu Hvan Uy Conun isə durumu ciddi deyil. Onun "Qarabağ"a qarşı matçda oynayacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ