SON DƏQİQƏ

Asma körpü uçdu, ölənlər var-FOTO

Tarix:

23-10-2020, 08:51

/ 3 784 dəfə oxundu.
Asma körpü uçdu, ölənlər var-FOTO

Kolumbiyada azı beş insan şimal-qərbində yerləşən asma körpünün dağılmasının qurbanı olub.

"Report” xəbər verir ki, bu barədə  La FM radiostansiyası bildirib.

Məlumata görə, hadisə Nekokli (Antokiya şimal-qərb departamenti) bələdiyyəsində olub. Furqon çayın üzərindəki asma körpünü keçməyə çalışıb. Körpü nəqliyyat vasitəsinin çəkisinə tab gətirməyərək uçub. Hadisə nəticəsində beş sərnişin həlak olub.

Ölkənin hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqata başlayıb.

 



скачать dle 12.1

Şərhlər