SON DƏQİQƏ
» » Daha bir rayonumuzda güclü sel: 4 körpü uçdu - Foto

Daha bir rayonumuzda güclü sel: 4 körpü uçdu - Foto

Tarix:

11-05-2020, 23:41

/ 1 358 dəfə oxundu.
Daha bir rayonumuzda güclü sel: 4 körpü uçdu - Foto

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərindəki körpünü sel uçurub.
GunAz.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri gəlib. Dağılan körpü 2017-ci ildə kənd sakinləri tərəfindən uzunluğu 12, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü çöküb.
Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.
***
Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə nazirliyin aidiyyəti nümayəndələri cəlb edilib, hadisə yerində müvafiq tədbirlər görülüb.
Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.
Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.
Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.
 

Daha bir rayonumuzda güclü sel: 4 körpü uçdu - Foto

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ