SON DƏQİQƏ
» » Bu şirkət dünyanın ən uzun asma körpüsünü Türkiyədə tikəcək

Bu şirkət dünyanın ən uzun asma körpüsünü Türkiyədə tikəcək

Tarix:

26-01-2017, 20:07

/ 5 194 dəfə oxundu.
Bu şirkət dünyanın ən uzun asma körpüsünü Türkiyədə tikəcək

Türkiyədə Dardanel boğazı üzərində yeni "Çanaqqala-1915” körpüsünün tikintisi ilə bağlı tenderdə "Daelim” (C.Koreya) –"Limak” – SK (C.Koreya) – Yapı Merkezi konsorsiumu qalib gəlib.
Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhmət Aslan deyib.
Onun sözlərinə görə, təklifin texniki tərəflərinə təkrar baxılacaq.
Konsorsiumun layihəsinə əsasən körpünün tikintisi 10,354 milyard lirəyə başa gələcək.
Xatırladaq ki, yeni körpünün tikintisi martın 18-də başlayacaq. Körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq. 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ