SON DƏQİQƏ

Binəqədidə yanmış şəxsin meyiti tapılıb

Tarix:

28-02-2018, 11:20

/ 10 280 dəfə oxundu.
Binəqədidə yanmış şəxsin meyiti tapılıb

Bakının Binəqədi qəsəbəsində yanmış kişi meyiti tapılıb.

Gunaz.az verilən məlumata görə, 1966-cı il təvəllüdlü Məmmədov Elman İslam oğlunun yanmış meyiti yaşadığı mənzildə aşkar edilib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının və məhkəmə tibbi ekspertiza şöbəsinin əməkdaşları gəlib və ilkin müayinələr aparıblar. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb. Təyin olunan ekspertizanın rəyindən sonra ölümün səbəbi məlum olacaq. 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırmalara başlanılıb. İlkin araşdırmalar zamanı yanan 52 yaşlı E.Məmmədovun dəfələrlə məhkum olduğu üzə çıxıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ