Hadisə Ziya Bünyadov prospektində, “Hyundai” servisin qarşısında baş verib.
Gunaz.az məlumat verir ki, Şərifli Roman Xalid oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomaşınla yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Həsənova Nərgiz Şərif qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Meyit müyinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və sürücü istintaqa cəlb olunub.