Nərimanov rayonu ərazisində yerləşən “Dərnəgül” tikinti bazarı kimi tanınan ərazidə ölüm faktı qeydə alınıb.
Gunaz.az -a verilən məlumata görə, boru satış anbarında gözətçi işləyən Nazim Məmmədov iş yerində müəmmalı şəkildə vəfat edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertzia və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. N.Məmmədovun üzərində heç bir xəsarət aşkar edilməsə də, gözətçinin öz əcəli ilə ölməsi versiyası da hələlik təsdiqlənmir.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırmalara başlanılıb.