SON DƏQİQƏ
» » Rəsmi Moskva ABŞ və NATO-ya xəbərdarlıq etdi

Rəsmi Moskva ABŞ və NATO-ya xəbərdarlıq etdi

Tarix:

6-05-2024, 20:45

/ 3 450 dəfə oxundu.
Rəsmi Moskva ABŞ və NATO-ya xəbərdarlıq etdi

Moskva Ukraynadakı F-16 təyyarələrini modifikasiyasından asılı olmayaraq nüvə silahı daşıyıcısı kimi qəbul edəcəklərini açıqlayıb.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“ABŞ istehsalı olan çoxfunksiyalı F-16 təyyarələrinin Ukrayna hərbi əməliyyatlar teatrında görünməsi gözlənilir. Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, biz bu təyyarələrin ikili təchizatlı platformalara - qeyri-nüvə və nüvə platformalarına aid olmasını gözardı edə bilmərik”.
Nazirlik bildirib ki, uzun illərdir, bu tip təyyarələr NATO-nun “birgə nüvə missiyaları”nda istifadə olunan təyyarə parkının əsasını təşkil edir:
“Bu təyyarələrin hansı spesifik modifikasiya ilə tədarük olunacağından asılı olmayaraq, biz onları nüvə silahı daşıyıcısı kimi qəbul edəcəyik və ABŞ və NATO-nun bu addımını məqsədli təxribat kimi qiymətləndirəcəyik”.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ