SON DƏQİQƏ

Məşhur Luis Menotti vəfat edib

Tarix:

6-05-2024, 10:31

/ 3 550 dəfə oxundu.
Məşhur Luis Menotti vəfat edib

Futbol üzrə Argentina milli komandasının sabiq baş məşqçisi Sezar Luis Menotti 85 yaşında vəfat edib.
GunAz.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Ölümün səbəbi rəsmi olaraq açıqlanmayıb. Argentina mediasına görə, Menotti aprel ayında “ağır anemiya” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Luis Menotti 1974-1983-cü illərdə Argentina yığmasının kapitanı olub. 1978-ci ildə komanda dünya çempionu olub. 1983-1984-cü illərdə İspaniyanın “Barselona” klubunun baş məşqçisi kimi İspaniya, La-Liqa kubokunu və İspaniya Superkubokunu qazanıb. Menotti həmçinin Argentinanın “Boka Xuniors”, “İndependyente”, “Rosario Sentral”, Uruqvay “Penyarol”, İspaniyanın “Penyarol” komandalarına, eləcə də Meksika millisinə rəhbərlik edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ