SON DƏQİQƏ
» » Ağdam-Xankəndi dəmir yolu üzrə layihələndirmə işi tamamlandı

Ağdam-Xankəndi dəmir yolu üzrə layihələndirmə işi tamamlandı

Tarix:

Dünən, 15:40

/ 2 359 dəfə oxundu.
Ağdam-Xankəndi dəmir yolu üzrə layihələndirmə işi tamamlandı

Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olan və uzunluğu 28 kilometr təşkil edən Ağdam–Xankəndi dəmir yolu xətti üzrə layihələndirmə işləri artıq tamamlanıb.
ADY-dən GunAz.az-a verilən məlumata görə, yeni dəmir yolu layihəsi çərçivəsində Əsgəran və Xocalı stansiyalarının, həmçinin Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası nəzərdə tutulur. Müasir standartlara uyğun tikiləcək kompleks Qarqarçayın sahilində, 6.4 hektar sahədə yerləşəcək.
Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağı inşa ediləcək. Bu infrastruktur layihəsi regionda sərnişindaşımada mobilliyi artırmaqla yanaşı, Qarabağın digər əraziləri ilə əlaqələri daha da gücləndirəcək.
скачать dle 12.1

Şərhlər